"Omoniya"nın hücumçusu: "Qarabağ"la oyuna qələbə üçün çıxacağıq"

“Nəticə ədalətli deyil. Oyunda dominantlıq edən tərəf biz idik. Yaxşı fürsətlərdən yararlana bilmədik. Heç-heçə bizi məyus etdi. Daha çox işləməliyik”.
Minval.info-nun məlumatına görə, bunu Kipr “Omoniya”sının futbolçusu Panayotis Zaxaryu ölkə çempionatının IV turunda “Pafos”la 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmadan sonra deyib.
25 yaşlı hücumçu bundan sonra bütün diqqətlərini evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup matçına yönəldəcəklərini bildirib: “Bizi qarşıda avrokubok görüşü, həmçinin “Olimpiakos”la çempionat oyunu gözləyir. Hər iki qarşılaşmaya qələbə üçün çıxacağıq. Əsəs hədəfimiz liqada çempionluqdur. Amma Avropada da ən yaxşısı üçün çalışacağıq. Qrupdan çıxmaq üçün meydanda bütün gücümüzü ortaya qoyacağıq”.
Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda oynanılacaq “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pekin-2022: İdmançılar koronavirusa görə diskvalifikasiya edilməyəcək
Mesut Özil nişanlandı - FOTO
UEFA Azərbaycanda Mxitaryanla bağlı təxribatın qarşısını aldı
Azərbaycan Şahmat Federasiyasının prezidenti dəyişib
APOEL-in baş məşqçisi: “Öz evimizdə “Qarabağ”ı məğlub edəcəyik” - FOTO
Ramil Şeydayevin komandası bəlli oldu
Dünya çempionu qətlə yetirildi