"Omoniya"nın baş məşqçisi: "Qarabağ" səviyyəmizə yaxın komandadır"

“Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür”.
“MİNVAL.İNFO”un məlumatına görə, bunu “Qarabağ”ın UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr “Omoniya”sının baş məşqçisi Henninq Berq deyib.
Norveçli mütəxəssis qrupdakı rəqibləri dəyərləndirib: “Bazel” yüksək səviyyəli komandadır. “Qarabağ” səviyyəmizə yaxın kollektivdir. “Kayrat”ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır”.
Qeyd edək ki, “Omoniya” sentyabrın 16-da “Kayrat”ın qonağı olacaq. Ağdam təmsilçisi isə Bakıda İsveçrə “Bazel”i ilə qarşılaşacaq. Nikosiya klubu sentyabrın 30-da isə “köhlən atlar”ı qəbul edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?