Ölməz Alay yürüşündə ermənilər təxribata əl atdı: Polis işə qarışdı - FOTO

İnterpress.az-ın Moskvaya ezam olunmuş xüsusi müxbiri Toğrul Allahverdilinin verdiyi məlumata görə, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Ölməz alay” ümumxalq yürüşündə iştirak edən ermənilər təxribata əl atıb.
Belə ki, işğalçı Ermənistanı təmsil edən gənc Rusiya Federasiyasının xəbərdarlığına baxmayaraq təxribat dolu şüarlar səsləndirərərək “Qondarma Dağlıq Qarabağ Respublikası”nın bayrağını dalğalandırıb.
Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində erməni təxribatçı saxlanılaraq polis bölməsinə aparılıb.
İnterptess.az-a açıqlama verən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun rəhbəri Şamil Tağıyev bildirib ki, ötən gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsində Azərbaycan və Ermənistan diaspor nümayəndələri ilə görüşdə “Ölməz alay” ümumxalq yürüşündə təhlükəsizliyə riayət olunması müzakirə edilib. Azərbaycan və Ermənistan diasporunun nümayəndələrinə yürüş günü ötənilki kimi, qarışıqlığa gətirib çıxaracaq təxribat ola biləcəyi ilə bağlı narahatlıq bildirilib. Rusiya DİN Baş İdarəsinin nümayəndələrinin xəbərdarlıqına baxmayaraq ermənilər yenə təxribata əl atdılar.
Diaspor sədri bildirib ki, ermənilər etdikləri bu təxribata görə Rusiya qanunları qarşısında cavab verəcəylər.
Minval.İnfo

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azergold Söyüdlü yatağında ilk partlayışı həyata keçirdi
Mayamidə kargo təyyarəsi qəzaya uğradı: 5 ölü
Meksikada dini mərasimdə partlayış: 10 ölü, 64 yaralı
Göyçayda ana yıxıldı, körpə faciəvi öldü
Bakı yollarında tıxac və su sızması narahatlığı
Antalyada meşə yanğını: 450 nəfərlik müdaxilə
Girnə sahillərində gəmi qəzası: Ölənlərin sayı artdı