Oksfordu bitirən tanınmış ekspert 5 ildir işsizdir: “Taksi sürəcəm”
Tanınmış sığorta eksperti Əli Bayramov işsizlikdən şikayətçidir.
Bakupost.az -ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında paylaşım edən ekspert bildirib ki, çıxış yolu kimi bu gündən taksi fəaliyyətinə başlayır:
“Hörmətli vətəndaşlar, mən, Əli Bayramov 1982-ci ildə Göyçay şəhərində anadan olmuşam. Həmin şəhərin 6 saylı orta məktəbində təhsil almışam. O zaman əla qiymətlər alan şagird olduğum üçün dövlətdən bonus alan iki nəfərdən biri olmuşam. Orta təhsil aldığım müddətdə sinif nümayəndəsi kimi fərqlənmişəm və müxtəlif fənlər üzrə olimpiada çempionu olmuşam. 1998-ci ildə Oksforda yola salınmışam və ciddi nəticələr əldə etmişəm. İngiltərənin Kent Universitetinin maliyyə-iqtisad fakültəsini bitirmişəm. Ölkə sığorta bazarında böyük təcrübəm var. Bir neçə böyük şirkətin rəhbər vəzifələrində təmsil olunmuşam. Sonuncu vəzifəm “Paşa Sığorta” ACS-nin İdarə Heyəti sədrinin 1-ci müavini olub. 2017-ci ilin iyul ayından etibarən işsizəm.
Artıq 5-ci il tamam olur. Avropada təhsil alıb, qayıdan zaman mənə dedilər ki, “ay Əli, qayıtma geri!”. Mən isə “Bəs mən qayıtmasam, o biri qayıtmasa, onda vətən nə olacaq? Vətənə bilik və mütəxəssis gərəkdir”. Qayıtdım. Şərəfli və uğurlu illər, iş fəaliyyəti həyata keçirdim. 17 illik fəaliyyətimin nəticəsində sosial sığorta büdcəm 282.000 manat olub. Zamanla haqqım, hüququm tapdanıldı ki, bu barədə də düşünürəm, geniş açıqlamalarım olacaq.
Dolana bilmirəm.
Çıxış yolu kimi sabahdan taksi fəaliyyətinə başlayıram.
Əgər taksi lazım olsa, mənə müraciət edin 077-707-77-70 (xarici müştərilər, ingilis və rus dillərində sərbəst danışıram)”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu