Oğlundan mərhum nazirin villasının sökülməsinə REAKSİYA

Bu gün mətbuatda mərhum nazir Natiq Əliyevə məxsus Teymur Əliyev küçəsindəki villanın satılması və onun sökülərək yerində otel tikilməsi ilə bağlı məlumat yaymışdı.
Minval.İnfo “Qafqazinfo”-ya istinadən xəbər verir ki, N.Əliyevin oğu Fərhad Əliyev yayılan məlumatlardan böyük təəssüf hissi keçirdiyini bidirib.
O, həmin ünvanda həqiqətən də atasına aid evin olduğunu təsdiqləyərək orada anasının yaşadığını söyləyib.
Lakin F.Əliyev bu evin satılması ilə bağlı xəbərin yalan olduğunu, atasının ilinə hazırlaşdıqları bir zamanda belə bir informasiyanın yayılmasından böyük məyusluq hissi keçirdiyini qeyd edib.
Sabiq nazirin oğlu mətbuatdan əvvəllər olduğu kimi, bundan sonra da atası ilə bağlı mövzularda həssas davranmağı xahiş edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan bazarında Ermənistan məhsulları: Yeni dövr başlayır
Bakıda yağış və külək həyatı iflic etdi
Boşanma sonrası 93 min uşaq tək valideynlə yaşayır
Payız endirimləri: Bölgələrdə qiymətlər 50% ucuzlaşır!
Əhmədin 627 ballıq uğur hekayəsi!
Bakıda leysan və şimşəkli hava gözlənilir
Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır