“Oğlum 8-ci sinifdən ingilis dilində təhsil alıb” - Elmar Məmmədyarovun atası
Kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, Xarici İşlər Naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov turkustan.info saytına müsahibə verib.
Minval.info xəbər verir ki, atası nazirin gənclik illərindən danışıb. O deyib ki, Elmar 8-ci sinifdən ingilis dilində təhsil alıb.
Elmar isə işlədiyi sahəni özü seçib. 8-ci sinifdə oxuyanda onların sinifləri ingilisdilli qrup oldu və məktəbi bitirəndə onlara tərcüməçilik diplomu verildi.
Dedi ki, mən beynəlxalq münasibətlərə getmək istəyirəm. Dedim ki, mənə bir nəfər azərbaycanlı səfir adı deyə bilərsənmi? Bala, məhv olarsan, bu yolu seçmə. Nə isə, ağladı, əl çəkmədi. Xalq Təsərrüfatı İnstitutunda o vaxt Zeynal müəllim vardı, Allah rəhmət eləsin, girdim qəbuluna, xahiş elədim ki, Elmarı fikrindən daşındırsın. Razılaşdıq, 20 dəqiqədən sonra Elmar Zeynal müəllimin yanından çıxıb dedi ki, ata, səni çağırırlar.
Zeynal müəllim dedi ki, oğlun məni qurutdu, bu anadangəlmə diplomatdır. Onu göndərdilər Kiyevə – beynəlxalq münasibətlər fakültəsinə. Oranı bitirb gəldi, göndərdilər Xalq Təsərrüfatı İnstitutuna laborant, yataqxanada da bir çarpayı verdilər.
Mən də dedim ki, hə, yoldaş diplomat, aldınmı payını? Amma sonradan dil bildiyinə görə rəhmətlik Elmira Qafarova onu SSRİ diplomatiya Akademiyasında aspiranturaya göndərdi. Oranı da oxudu gəldi, Amerikaya göndərdilər, orada da bir neçə il işlədi. Beləliklə xarici işlər naziri oldu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi