O qəzadan sonra iki il komada qaldı, bu gün öldü
2018-ci ilin oktyabrında Bakının Binə qəsəbəsində sərnişin avtobusu və qatarın toqquşması nəticəsində baş verən qəzada xəsarət alaraq komaya düşən Novruz Salmanov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı Novruz Binə qəsəbəsində 160 saylı marşrut avtobusunun qatarla toqquşması nəticəsində ağır xəsarət alan 30-a yaxın sərnişindən biri idi.
Yaxınlarının verdiyi məlumata görə o, hadisədən sonra ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə də xeyli müddət müalicə olunmağına baxmayaraq, onu həyatda saxlamaq mümkün olmayıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Qeyd edək ki, Novruz Salmanov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının məzunu olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı