"O qədər şərəfsiz adam olasan ki..." - Kərim Təranə haqda
“Allah şahidim olsun ki, bu insanın tutulmağına sevinmədim. Gərək o qədər qəddar, şərəfsiz adam olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Sadəcə birinci növbədə anasına ürəyim yandı. Yazıq onsuz gün görməyib. Ömür boyu əziyyət çəkib. Xəstəlikdən əziyyət çəkir”.
Minval.İnfo-nun məlumatına görə, bu sözləri müğənni Kərim Abbasov keçmiş həyat yoldaşı, hazırda həbsxanada olan prodüser Təranə Səmədova haqqında deyib. İnstaqram səhifəsində Təranənin fotosunu paylaşan ifaçı bunları yazıb:
“Allah onu anasına, balasına bağışladı ki, 1 il cəza ilə canını qurtarıb. Mənə çox pisliklər edib, içimə kimi yandırıb, cahana rüsvay edib. Mənim də ahım var. Amma yenə də Allah qapısını açsın, onu hifz eləsin. Heç olmasa türmədən çıxandan sonra düzgün həyat sürsün.
Nə qədər düşmənim olsa da, belə reallıq deyilən bir şey var. Onunla evli olmuşam. Anası qarşıma yeməyin ən gözəl yerini qoyub, paltarlarımı yuyub. Haqqı var üstümdə.
Uşağının atası uşağına sahib çıxmadı, olsun. Özü həbsxanadan çıxana kimi mən onun ailəsinə baxaram və sahib duraram. İnsanın dar günündə onu baltalamayaq. Sadəcə, Allah qapısını açsın deyək və Allaha həvalə edək”.
Qeyd edək ki, T.Səmədova qadın alverində təqsirləndirilərək, 1 illik azadlıqdan məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramiz Mehdiyevin xanımı 3 aya 326 min borc ödəyib
Qapalı məkanlarda maskanın istifadəsi məcburi oldu
Paşinyan işğal olunmuş ərazilərimizə gəlib - FOTOLAR (YENİLƏNİB)
Keşlədəki güllələnmə ilə bağlı rəsmi məlumat
Keçmiş deputatdan Mirşahinə söyüş kimi sözlər: "Ves" Bakı sevsin...
Ərdoğanın qarşısını almaq üçün Duqinanın qətli…
