Nuşirəvan Məhərrəmli müğənni Rüfət Axundovun iddiasına cavab verib
“Milli Televiziya və Radio Şurası “Space TV”-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü”.
Bunu ONA-ya açıqlamasında “Space” TV-də müğənni Rüfət Axundovun efirdə tərbiyəsiz ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.
N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib: “Sadəcə, MTRŞ telekanallara tövsiyə edib ki, bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Həmçinin oxu: Rəşad İlyasov niyə cəzasız qalıb? – Müəmma
N. Məhərrəmli R. Axundovun tərbiyəsiz ifadəni dilə gətirmədiyini, bunun montaj olduğu barədə açıqlamasına da münasibət bildirib: “MTRŞ monitorinq etdi, tədbir gördü, məsələ bununla da bitdi. Gələcəkdə telekanallarda belə hadisələr baş verəcəksə, ona uyğun da adekvat addımlar atılacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda