Rəşad İlyasov niyə cəzasız qalıb? - Müəmma
Bir neçə gündür “Space” TV-nin efirində müğənni Rüfət Axundov və həmkarı Rəşad İlyasovun qeyri-etik ifadə işlətməsi gündəmdədir.
Minval.info xəbər verir ki, hər iki sənətçiyə bütün teleməkanda qadağa qoyulduğu bildirilir. Lakin təkcə R.Axundovla bağlı qərarın rəsmiləşdiyi artıq dəqiqləşib. Xatırlatmaq yerinə düşər ki, həmin videoda qeyri-etik ifadələrdən öncə müğənni Rəşad İlyasovun mikrofonunun bağlı olduğu görünür. Belə ki, o, mikrofonunu işarə edəndən sonra sənətçinin səsi efirə verilir. Ardınca isə həmin etik olmayan kəlimələr efirdə dilə gətirilir.
Həmçinin oxu: “Space”in efirindəki söyüş qalmaqalına görə sərt atdımlar atıldı: Qovulmalar, qadağalar…
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Qeyd edək ki, müğənni Rəşad İlyasov AzTV telekanalında “Yaradanlar və yaşadanlar” verilişinin aparıcısıdır. Telekanal onun sözügedən mövzuda müğənniyə qarşı heç bir qadağa tətbiq edilməyəcəyini açıqlayıb.
Şou-biznes nümayəndələri ilə yanaşı, “Space” telekanalında sözügedən verilişə görə cavabdeh olan səs rejissorları, texniki heyət, verilişin aparıcısının işdən qovulduğu bildirilir. Belə olduğu halda, yalnız Rüfət Axundovun və texniki heyətin cəzalandırılması, Rəşad İlyasovun məsuliyyətdən kənar qalması müəmmalıdır. Xüsusilə qeyri-etik ifadə dilə gətirilən zaman məhz Rəşadın səsinin daha aydın gəlməsinə baxmayaraq, Rüfətin diqqətdə olması maraq doğurur.
MTRŞ-nın ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov axsam.az-a bildirib ki, R.İlyasova qarşı heç bir tədbir görülməyəcək.
Samir Mirzə
Həmçinin oxu: MTRŞ efirdəki rəzilliyə görə “Space” TV-ni cəzalandırdı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda