Növbəti “Formula-1” yarışı Bakıda nə vaxt keçiriləcək? - FOTO

“Formula-1” üzrə yeni mövsümün – 2022-ci ilin ilkin təqvimi bəlli olub.
“Minval.info” Oxu.Az-a xəbər verir ki, bu barədə “Formula-1” üzrə fransalı jurnalist Jo Savar məlumat verib.
Təqvimdə bu dəfə Almaniya və Türkiyə Qran Prisinin olmayacağı dəqiqləşib. Paytaxt Bakıda və Kanadanın Monreal şəhərində keçiriləcək yarışların nə vaxt olacağı qeyri-müəyyəndir. Belə ki, bir həftə ara ilə ardıcıl keçiriləcək bu iki yarış ya 12 iyunda, ya da 19 iyunda baş tutacaq.
“Formula-1” üzrə 2022-ci il təqvimi:
20 mart – Bəhreyn
27 mart – Səudiyyə Ərəbistanı
10 aprel – Avstraliya
17 aprel – Çin
8 may – ABŞ
21 may – İspaniya
28 may – Monako
12/19 iyun – Kanada/AZƏRBAYCAN
3 iyul – Böyük Britaniya
17/24 iyul – Avstriya
24/31 iyul – Macarıstan
17/31 iyul – Fransa
28 avqust – Belçika
4 sentyabr – Niderland
11 sentyabr – İtaliya
25 sentyabr – Rusiya
9 oktyabr – Sinqapur
16 oktyabr – Yaponiya
30 oktyabr – Meksika
6 noyabr – ABŞ
20 noyabr – Braziliya
4/27 noyabr – BƏƏ
Qeyd edək ki, “Formula-1” üzrə cari mövsümkü yarış Bakıda iyunun 6-da baş tutub. Bu yarışın qalibi Avstriyanın “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qurban Qurbanovun AFFA-dan rədd etdiyi təzminatin məbləği - 1 milyon manat
Çempionlar Liqası: IV tur gözlənilməz nəticələrlə başlayıb
Türk ulduz məşhur gözəlli sevgilidi - FOTOLAR
Koronavirusa qalib gələn Maldini əməliyyat olundu
Məşhur xanım idmançı "Instagram"ı "partlatdı" - FOTOLAR
“Real”ın oyunu ilə bağlı şok görüntülər - Video
"Sabah" klubsuz futbolçu ilə müqavilə bağladı