03.01.2019 - 23:07
Gündəm 3 baxış

“Nobel” prospektinin çökmüş hissəsi: 30 metr dərinlikdən görüntülər – Video

Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmənin səbəbi müəyyənləşib.

Araşdırmalar nəticəsində məlum olub ki, yolun altında qrunt suları axır.

REAL yerin 25-30 metr dərinliyindəki su axıntısının görüntülərini əldə edib. Hazırda həmin yerdə “Azərsu” ASC-nin mütəxəssisləri işləyir.

Hazırda “Nobel” prospektinin şəhərin mərkəzinə doğru hissəsində hərəkət zolaqlarından ikisi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da hadisə yerində işləyirlər.

Prospektdə avtomobillərin hərəkətinin tam bərpa olunacağı vaxt hələlik məlum deyil.

İlkin məlumata görə, “Azərsu” ASC-nin əməkdaşları həftənin sonunadək işlərini başa çatdırmalıdırlar. Bundan sonra yolun çökən hissəsinin bərpasına başlanılacaq.

https://www.youtube.com/watch?v=YM9S46HDPB8

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: