Nigar fərhadın ailəsində şok: Həyat yoldaşı samir yəhyazadə həbs olundu!
Məşhur televiziya aparıcısı Nigar Fərhadın həyat yoldaşı Samir Yəhyazadə hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
Minval.info xəbər verir ki, Samir Yəhyazadənin həbsinə səbəb, onun rəhbərlik etdiyi “AİD Group” adlı xaricdə təhsil şirkəti ilə bağlıdır. Son dövrlərdə şirkət haqqında bir çox şikayətlər daxil olub və bu mövzuda bir neçə məqalə dərc edilib.
Aparılan ilkin araşdırmalar nəticəsində Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunub. Məhkəmə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri tətbiq edib.
“AİD Group”un təsisçisi olan Nigar Fərhad və anası Arzu Əliyeva da istintaqa cəlb edilib və araşdırmalar davam edir. Aparıcının ölkədən çıxması ilə bağlı yayılan xəbərlərin isə həqiqəti əks etdirmədiyi bildirilib.
Qeyd edək ki, “AİD Group” xaricdə təhsil sahəsində önəmli şirkətlərdən biridir. Nigar Fərhad Harvard Universitetində təhsil aldığını iddia edir və müxtəlif televiziya kanallarında aparıcı kimi fəaliyyət göstərib. Samir Yəhyazadə isə əsasən Nyu-Yorkda yaşayan peşəkar İT mütəxəssisidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi