Neftin qiymətində kəskin dəyişiklik olacaq - Venesuela hadisələri
“ABŞ və Kanada başda olmaqla dünyanın bir sıra ölkələrinin Venesuelada müxalifət lideri Juan Guaidonu həmin ölkənin keçici rəhbəri kimi tanıması Nikolas Maduro hökumətini çətin vəziyyətə salmaqla yanaşı, qlobal bazarlara da təsirsiz ötüşməyəcək”.
Minval.info xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib.
İqtisadçının sözlərinə görə, Venesueladakı gərginlik qısa müddətli dövrdə neftin dünya bazar qiymətinin yüksəlməsinə səbəb ola bilsə də belə orta və uzun müddətli prespektivdə “qara qızılın” qiymətində kəskin enişlərə səbəb olacaq:
“Doğrudur, sözügedən ölkədə vəziyyət gərginləşəcəyi və ABŞ sanksiyalarının güclənəcəyi halda neftin qiymətində qısa müddətli artım istisna olunmur.
Hasilat həcminə görə ilk onluğa belə düşə bilməyən Venesuelanın gündəlik neft hasilatı 2 milyard 276 milyon bareldir. Bu gündəlik qlobal neft təklifinin 2.2 faizi deməkdir. 300 milyard bareldən çox neft ehtiyatları ilə dünyada ən çox nefti olan Venesuela hasilat həcminə görə iki rəqəmli mövqedə olsa da Guaido dövrü başladığı halda amerikan kapitalı ilə istehsalın artacağı gözləniləndir”.
Vüqar Bayramov qeyd edib ki, illik 3 milyon faiz infilyasiyaya malik olan Venesuelada yeni dövr başladığı halda hökumət “daha çox neft satıb daha çox gəlir əldə etməyə” çalışacaq:
“İndiki halda bu ölkəyə valyutanın daxil olmasının başqa yolu da yoxdur. Bu isə o deməkdir ki, Vaşinqtonmeyilli gəncin Venesuelada hakimiyyəti gəlməsi dünya neft bazarında təklifi kəskin artıra bilər. Bu halda isə OPEK-nin istənilən səyinə baxmayarq, neftin bir barelinin dünya bazar qiymətinin hətta 50 dollardan aşağı düşəcəyi də istisna olunmur. Göründüyü kimi, 2019-cu il öncədə proqnozlaşdırıldığı kimi dünya iqtisadiyyatı və qlobal bazarlar üçün heç də asan olmayacaq. Bundan ən çox təsirlənən isə, təbii ki, neftin qiyməti olacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...