“Neftçi” UEFA reytinqində gerilədi

Klubların UEFA reytinqi açıqlanıb.
Minval.info-nun məlumatına görə, avrokubokların pley-off mərhələsindən sonra siyahıda bəzi dəyişikliklər olub.
Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”ın mövqeyi dəyişməz qalıb. Konfrans Liqasının pley-off mərhələsində Şotlandiya “Aberdin”ini (1:0, 3:1) mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələrinin xal hesabı 18,500-dür.
Ağdam klubu kimi Niderland “Feyenoord”u və Almaniya “Volfsburq”u da eyni xala malikdir. Bu klublar 69-cu yeri bölüşür.
Hayfa “Makkabi”si qarşısında aciz qalan (3:3, 0:4) “Neftçi” isə 7,000 xalla 155-cidir. Bakılılar 1 pillə geriləyib. Buna Avstriya “Şturm”unun irəliləməsi səbəb olub.
Digər klubların da mövqeyi dəyişməz qalıb. “Keşlə” 4,000 xalla 285-ci, “Qəbələ” 3,500 xalla 301-ci sırada qalıb. “Sumqayıt”, “Səbail” və “Zirə” 2,825 xalla 342-ci yeri bölüşür.
Qeyd edək ki, cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?