"Neftçi" rəqibini darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Azxeber.com xəbər verir ki, açılış matçı “Bakcell Arena”da “Neftçi” və “Səbail” komandaları arasında keçirilib.
İnqilab Məmmədovun baş hakimlik etdiyi oyun ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. İlk qolu meydan sahiblərinin heyətində Frederiko Dario vurub. O, “Səbail” komandasının futbolçusu Jarjue Maudonun səhvindən yararlanaraq, 7-ci dəqiqədə hesabı açıb. 25-ci dəqiqədə Baqali Dabo Tural Axundovun ötürməsindən sonra hesabı 2:0 edib. Braziliyalı forvard 42-ci dəqiqədə daha bir qol vurub. 70-ci dəqiqədə isə Dabo Frederikonun ötürməsindən sonra dubl edərək hesabı 4:0 edib.
Bu qələbə ilə xalını 16-a çatdıran “Neftçi” liderliyə yüksəlib. “Səbail” isə topladığı 7 xal ilə 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, hazırda “Əlincə Arena”da “Sabah” – “Qarabağ” görüşü keçirilir. Tura sentyabrın 30-da “Qəbələ” – “Keşlə” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4