"Neftçi"nin növbəti transferi Bakıya gəlir

“Neftçi” klubu ilkin razılıq əldə etdiyi argentinalı futbolçu Xorxe Korreanın viza məsələsini həll edib.
Minval.info xəbər verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
O, 28 yaşlı yarımmüdafiəçinin 1-2 günə Bakıya gələcəyini bildirib. Korrea tibbi müayinədən sonra rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, argentinalı oyunçu son olaraq Portuqaliyanın “Maritimu” komandasının formasını geyinib.
“Ağ-qaralar” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçular Tiaqo Bezerra ilə Ramon Maçadonu heyətinə qatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bavariya” Ronaldodan niyə imtina etdi?
"Tottenhem" klubunda koronavirusa kütləvi yoluxma qeydə alınıb
Son 10 ilin ən yaxşı futbolçuları - Ronaldu və Messi...
Bu gün El-Klasiko olacaq
Azərbaycan yığmasının qapıçısı Qazaxıstan klubunda - FOTO
“Diqqətli olmalıyıq” - Q.Qurbanovdan açıqlama
Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb - VİDEO