"Neftçi"nin hücumçusu: "Milliyə dəvət alacağım gözlənilən idi"
“Milliyə dəvət alacağım gözlənilən idi, amma yüz faiz heç nə bilinmirdi. Bu barədə mətbuatda müxtəlif məlumatlara rast gəlmişdim. Nəhayət, rəsmiləşdi”.
Bunu “Report”a Azərbaycanın əsas milli komandasına ilk dəfə dəvət alan “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov deyib. 23 yaşlı hücumçu bildirib ki, yığmada hər bir oyunçunun arzusudur: “İlk dəfədir milliyə çağırılıram. Orada möhkəmlənmək, davamlı oynamaq üçün əlimdən gələni edəcəyəm. Qarşıda iki həlledici oyunumuz var. Komandamız həm Farer adalarına, həm də Kosovoya qalib gələcək gücdədir. Bu tapşırığın öhdəsindən gələcəyimizi düşünürəm”.
Qeyd edək ki, Mirabdulla Abbasov cari çempionatda 5 qol vurub. D liqasında III qrupda yer alan Azərbayca yığması 6 xalla 2-ci pillədə qərarlaşıb və lider Kosovodan 2 xal geri qalır. Farer adalarının 4, Maltanın isə 2 xalı var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?