Nazirliyin keçmiş institut direktoru barəsində cinayət işi başlanılıb
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, tibb üzrə elmlər doktor Adil Baxşəliyev barəsində cinayət işi başlanılıb.
“Report”un məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 240.1-1-ci (Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satma) maddəsi ilə ittiham irəli sürülüb.
A.Baxşəliyevin cinayət işi prokurorluqda araşdırılaraq, baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynin icraatına verilib və aprelin 22-də məhkəmənin hazırlıq iclası başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?