Nazirliyin idarə rəisinin ailəsində faciə: Atası və oğlu eyni gündə öldü
Bir neçə gün əvvəl Salyan rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, Ələt-Astara magistral yolunun Salyan və Biləsuvar rayonları arasındakı hissəsində qəzaya uğrayan “Toyota Prado” markalı minik avtomobilində olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliinin 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafael Tahirovun ailə üzvləri olub.
Belə ki, magistral yolun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində “Toyota” markalı minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə, sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Qəza nəticəsində R.Tahirovun qızı, 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun 1 yaşlı oğlu və həyat yoldaşı, 1981-ci il təvəllüdlü İmanov Heybət Rahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İdarə rəisinin oğlu – 1990-cı iI ltəvəllüdlü Tahirli Cavid isə vəfat edib.
Məlumata görə, hadisənin baş verməsindən bir neçə saat əvvəl Lənkəranda Rafael Tahirovun atası İltifat Tahirov vəfat edib. İdarə rəsinin aövladları da babalarının dəfn mərasiminə çatmaq üçün yola çıxıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı