Nazirlik sahibsiz heyvanlarla bağlı yeni layihəyə start verib
Bakı şəhərində sahibsiz heyvanların qidalanmasına dəstək məqsədilə pilot layihə həyata keçirilir.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, layihə çərçivəsində heyvanların qidalanmasına xidmət edən sahibsiz heyvanların bəslənmə köşkləri ilkin olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasının qarşısında qurulub.
A.Səmədova qeyd edib ki, enerjiyə qənaət məqsədilə köşklər günəş enerjisi ilə təmin olunub: ” Yerləşdirilən iki ədəd köşkdən biri qurğuya ödəniş etməklə, digəri isə istifadə olunmuş plastik qabdan istifadə mexanizmi əsasında işləyəcək və 40 qram yemin alınması mümkün olacaq. Köşkdə yığılan plastik qab tullantıları təkrar emal üçün “AzEkol” şirkəti tərəfindən toplanaraq təkrar emal ediləcək. Pilot layihənin həyata keçirilməsində məqsəd qayğıya ehtiyacı olan sahibsiz heyvanlara mərhəmət və sevgi göstərilməsi ənənəsini formalaşdırmaq, eyni zamanda plastik tullantıların təkrar emalına dəstək göstərməkdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu