18.01.2019 - 15:09
Gündəm 1 baxış

Nazirlik "ifrat təhlükəli" ifadəsinə münasibət bildirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “ifrat təhlükəli” ifadəsinə münasibət bildirib.

Trend xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib ki, təlimatlara uyğun olaraq, əgər küləyin maksimal sürəti saniyədə 40 metrə yaxınlaşırsa və dənizdə dalğanın hündürlüyü 6-8 metrə qədər inkişaf edirsə, bu, qəbul olunmuş meyarlara görə, “ifrat təhlükəli hidrometreoloji hadisə” kateqoriyasına aid olan proses hesab edilir: “Bizim vəzifə borcumuzdur ki, belə bir başlıqla məlumatı müvafiq təşkilatlara çatdıraq”.

U.Tağıyeva qeyd edib ki, təhlükəli hidrometeoroloji hadisələr 2 kateqoriyaya bölünür:

“Təhlükəli və xüsusi təhlükəli hidrometeoroloji hadisə kateqoriyaları olur. Dünən ölkə ərazisində hökm sürən hava şəraiti xüsusi təhlükəli sayılır”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: