Nazirlik: İçməli sudan israfçılıqla istifadə olunur
Bu gün planetin bütün regionları demək olar ki, içməli su ehtiyatları ilə imtahana çəkilir.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
İ.İbrahimova bildirib ki, hesablamalara görə dünyada 3 milyard insan su qıtlığından əziyyət çəkir: “Azərbaycan da az rütubətli ölkədir və ölkənin Kür-Araz ovalığı, Abşeron yarımadası kimi düzən zonaları quraq ərazidə yerləşdiyindən yerli su ehtiyatlarımız məhduddur. Sudan bütün sahələrdə səmərəli və qənaətlə istifadə olunmalıdır. Təəssüf ki, bu gün ölkəmizdə içməli sudan ağacların suvarılmasında, avtomobillərin yuyulmasında israfçılıqla istifadə olunur. Çalışmalıyıq ki, bütün sahələrdə sudan istifadə edərkən su itkisi az olsun. İçməli suya daha çox qənaət göstərməklə ondan texniki məqsədlərlə istifadəyə yol verməməliyik. Bu, yalnız dövlət qurumlarının deyil, bütün istifadəçilərin və əhalinin əsas məqsədi olmalıdır”.
ETSN rəsmisi qeyd edib ki, nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri də bu sahədə əhali arasında geniş və hərtərəfli təbliğat aparmaqdır:
“Nazirlik tərəfindən su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması məqsədilə maarifləndirici videoçarx hazırlanıb. Ümid edirik ki, KİV-lər videoçarxın yayımlanmasında yaxından iştirak edəcək və bu kampaniyaya dəstək verəcəklər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!