Nazirlər kabineti bazar təmərküzləşməsində yeni qaydalarla rəqabətə meydan oxuyur
Nazirlər Kabineti müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi qaydalarını təsdiqləyib.
Minval.info xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, bu qaydalar Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb. “Müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi Qaydası”nda istifadə olunan anlayışlar Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir.
“Rəqabət orqanı tərəfindən təmərküzləşmələrin qiymətləndirilməsi Qaydası” da Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb və bazar subyektləri tərəfindən təqdim edilən ərizələrə baxılması, həmçinin rəqabət orqanına məlumat verilmədən baş tutmuş təmərküzləşmələrin araşdırılması zamanı tətbiq edilir. Bu qaydalar çərçivəsində iqtisadi nəzəriyyə, empirik və iqtisadi statistika əsaslı təhlillər aparılır və müvafiq bazarla əlaqəli olan qonşu bazarlarda rəqabət vəziyyəti nəzərə alınır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi