Nazir müavini: “Xəzər dənizi 128 mənbədən çirklənir”
“Bu gün Xəzər dənizini çirkləndirən 128 mənbə var. Bu mənbələr Samur çayından Astaraya qədər olan ərazilərdə yerləşir”.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
“Biz Xəzər dənizi hövzəsinin ekoloji vəziyyətini qorumaq üçün bütün dövlət qurumları ilə birlikdə işləyirik, monitorinqlər keçiririk. Hazırda bizim Əlif Hacıyev adına xüsusi elmi-tədqiqat gəmimiz var və mütəmadi olaraq monitorinqlər aparır. Bu il 3 dəfə belə monitorinq aparılıb. Samur çayından Astaraya qədər yerləşən sənaye müəssisələrinin, həmçinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərinin dənizin çirkləndirilməsində rolu böyükdür. Biz maarifləndirici tədbirlər görürük, bunun böyük təsiri var və davam etməlidir”, – o deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!