Nazir intihara cəhd edən şagirdlə görüşdü - FOTO
Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib.
“Minval.info” xəbər verir ki, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.
Emin Əmrullayev şagirdin tez sağalması və normal həyata qayıtması üçün lazımi dəstək göstəriləcəyini bildirib, ona Allahdan şəfa diləyib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, sentyabrın 7-də saat 09 radələrində Bakı şəhəri Binəqədi rayonu 313 nömrəli tam orta məktəbin 9-cu (b) sinif şagirdi Solmaz Hacıyevanın məktəbin 3-cü mərtəbəsində yerləşən otaqlardan birinin pəncərəsindən özünü yerə ataraq intihara cəhd etməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı