Natiq Şirinov ailəsi ilə birgə ölkəni tərk edir
“11 il kirayə evdə qalmışam. Xoşbəxtəm ki, hər şeyi zəhmətlə əldə etmişəm. Hər bir gözəl işdə zəhmət dayanır”.
Minval.İnfo-nun məlumatına görə, bu sözləri xalq artisti Natiq Şirinov “Şou ATV” verilişində deyib. “Gren card” qazanan və Amerikaya köçməyə hazırlaşan nağara ifaçısı göz yaşlarını saxlaya bilməyib. O, ailəsi ilə birlikdə ölkədən getdiyini deyib:
“O qədər naxələf insanlar gəldi-getdi həyatımdan. Nə molla, nə dindaram. Azərbaycanlıyam, müsəlmanam. Getmək elədir ki… Bu bir şansdır. İstəyir yüz ədəd “Green Card” udum… Bu, oğlumun arzusu idi. Sənədlərimiz hazırdır. Mayda ailəmlə birlikdə gedirəm.
Amma min Amerika olsa, xalqımı kənara atmaram. Məni bu xalq yetişdirdi. Beş manatı görüb qaçan, çörəyi dizində olan deyiləm. Ümidlə istəyimiz orada nağara məktəbi açmaqdır. Oğlumu getməzdən əvvəl evləndirmək istəyirəm, amma razılaşmır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi