Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba, Bakı-Qazax və Ələt-Astara yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar.
DİN-dən Minval.info-ya verilən məlumata görə, Ələt-Astara yolundakı postda Biləsuvar rayon sakini Rəhman Əliyevin idarə etdiyi “VAZ-2106”, Bakı-Quba yolundakı postlarda Bakı şəhər sakinləri İlham Səfərovun idarə etdiyi “Toyota” və Kamran Əbilovun idarə etdiyi “Toyota”, Bakı-Qazax yolundakı postlarda isə Cəbrayıl rayon sakini Röyal Oruclunun idarə etdiyi “Kia”, Şirvan şəhər sakini Fuad Abbaslının idarə etdiyi “VAZ-2106”, Bərdə rayon sakini Misir Cəfərovun idarə etdiyi “Renault”, Mingəçevir şəhər sakini İlham Hidayətovun idarə etdiyi “Mercedes”, Göyçay rayon sakini Şirxan Rəhimovun idarə etdiyi “Daewoo” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 333.1, 333.2, 333.4 və 334.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub.
R.Əliyev 400 manat məbləğində cərimələnib, Abşeron rayon məhkəməsinin qərarı ilə İ.Səfərov 1 il, K.Əbilov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, Kürdəmir rayon məhkəməsinin qərarı ilə R.Oruclu 5 gün müddətinə inzibati həbs edilib, Qaradağ rayon məhkəməsinin qərarları ilə F.Abbaslı 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, İ.Hidayətov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətinə, Ş.Rəhimov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətinə, M.Cəfərov isə 10 gün müddətinə inzibati həbs ediliblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sevil Nuriyevanın həyat yoldaşı qətlə yetirilib
Lənkəranda koronavirus xəstələrinə cinayət işi başlanılıb
Azərbaycanda qardaş bacısını bıçaqlayıb
Ana uşağı ilə birgə intihar etmək istəyib - VİDEO
SON DƏQİQƏ - “Trump Tower Baku” yanır - FOTO, VİDEO (YENİLƏNDİ)
Bakıda avtomobil 42 yaşlı qadını vurub
Göyçayda toyda 14 nəfər zəhərləndi - 5-i uşaqdır