“Narkotik maddə yoxsa psixoloji problem” - Rus bankirin 17 yaşlı qızının müəmmalı intiharı (FOTOLAR)
Atası Katyanın narkotik vasitə istifadə etdiyi üçün, psixoloq isə ruh sağlığı yerində olmadığı üçün intihar etdiyini deyir …
17 yaşlı Katya Sukanova İngiltərədə ən böyük səhnə mükafatı qazanan skripkaçılardan biri idi.
Musavat.com xəbər verir ki, Katya Kral Opera Evində ən böyük konsertlərindən birini verdikdən 8 gün sonra intihar edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
17 yaşlı rus bankir İqor Sukanovun qızı Katya İngiltərənin “Buckinghamshire” şəhərindəki “Wycombe Abbey” internat məktəbində oxuyurdu. Məktəbin yalnız bir semestrlik təhsili 13 min funt sterlinq civarındadır.

Katya çalışqan, iddialı bir gənc qız olub. “Suoni dal Golfo” yarışmasında ilin ən ideal musiqiçisi seçilmişdi. Bu gənc yaşda Katya Kral Opera Evində çıxış edə bilib. Uğurlu konsertdən sonra alqışlarla səhnəyə yollanan gənc skripkaçının xoşbəxtliyi uzun sürməyib.
Konsertdən 8 gün sonra ailəsi faciə ilə üzləşib. Atasının malikanəsində ölü olaraq tapılan gənc qız sevənlərini yasa boğub.

Kədərli ata İqor Sukanov, qızının həddindən artıq dozada narkotik vasitə istifadə etdiyini üçün öldüyünü söyləyib. Ancaq məhkəmədə gənc qızın toksikoloji hesabatının nəticələri araşdırılıb. Katya öldükdə, qanında alkoqol olduğu, ancaq narkotik izi olmadığı açıqlanlb. Araşdırma zamanı məlum olub ki, Katya ağır iş rejimindən vaxt tapan kimi, psixoloqa müraciət edərək problemləri barədə danışırmış.

Onun psixoloqu Tanya Leçi məhkəmədə dindirilib. Psixoloq gənc qızın böyük uğurlar qazandığı halda özünə güvəni olmadığı və mənfi düşüncələrinin çox olduğunu bildirib.
Daha sonra psixoloq Katyanın ona həyatın anlamı barədə suallar verdiyini və yaşamaq istəmədiyini düşündüyünü deyib.
ƏLAQƏLİ
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu

Psixoloq Tanya Leçi
Məhkəmənin sonunda intihar edən gənc qızın atası bu sözlərlə fikrini tamamlayıb: “Qızım son dərəcə ağıllı və bacarıqlı biri idi. Ancaq çox pis qərar verdi. Bəzən valideynlər nə edə bilər ki?. İndiki uşaqlar biz nə desək də, öz bildiklərini edirlər”.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Turan Oruc
Musavat.com



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı