Narkotikə görə tutulmuş jurnalistin məhkəməsi başladı
Nərimanov Rayon Məhkəməsində “Bakupress” informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanın (Ağabalayeva) cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Minval.info oxu.az-a istinadla xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib.
Rəsmi məlumata əsasən, Ş.Ağacan Bakının Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb.
Qeyd edilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.
Ona Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham verilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə Ş.Ağacanın barəsində həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?