22.03.2018 - 11:45
Kriminal
1 baxış
Narkobaron Azərbaycandan qayıqla çıxarkən saxlanıldı

Martın 20-də Astara rayonu istiqamətində naməlum üzmə vasitəsinin Azərbaycanın sərhəd sularına daxil olması müəyyən edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Minval.İnfo-ya verilən məlumata görə, üzmə vasitəsinin hərəkətləri nəzarətdə saxlanılmaqla, həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.
Sərhəd gözətçi gəmisi tərəfindən naməlum üzmə vasitəsi təqib edilib, üzmə vasitəsi geriyə istiqamətlənərək Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsini tərk edib. Həmin üzmə rayonunda sərhəd gözətçi gəmisi tərəfindən Azərbaycan Respublikasına məxsus “Yamaha-75” mühərrikli “ŞA-293” bort nömrəli qayıq müşahidə edilib və saxlanılıb. Üzmə vasitəsinin heyət üzvlərinin – Astara rayon Şahağacı kənd sakinləri Quliyev Əliağa Rauf oğlu və Quliyev Seymur Mirzəhəsən oğlunun sərhəd sularında üzmə qaydalarını pozmaları müəyyən olunub.
Həmin ərazidə sərhəd gözətçi gəmisi tərəfindən keçirilmiş axtarış tədbirləri nəticəsində 1 buya bərkidilmiş 3 bağlama, həmin bağlamalarda 11,9 kq narkotik vasitəyə oxşar maddə aşkar olunub. Saxlanılmış üzmə vasitəsinin heyət üzvlərinin narkotik vasitələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsində iştirakları müəyyən edilib.
Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polis rəisi vəzifəsindən azad olunub
26.08.2018 - 14:42
Bu gün güclü külək əsəcək
16.12.2018 - 13:37
Azərbaycanda karantin rejimi ilə bağlı qərar qəbul edildi
22.07.2021 - 12:45
Paytaxtda parkomatlar ləğv edilir – VİDEO
24.08.2018 - 18:54
Fədayə Laçından - XƏBƏR VAR
22.07.2019 - 15:01
Prezidentin general rütbəsi verdiyi polislər kimdir?
01.07.2022 - 15:08
İlham Əliyev 1 fərman, 10 sərəncam imzaladı
30.10.2018 - 19:49