Nail Kəmərlinin avtomobilinə hücum olundu - Video
Xeyli vaxtdır narkomaniya ilə bağlı videolar çəkən bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edilib.
“Minval.info” xəbər verir ki, bu barədə bloqer sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, gecə saatlarında yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilə naməlum şəxs və ya şəxslər hücum edib. Açar seçmə yolu ilə maşının qapısını açaraq oradan videoların çəkilişi üçün istifadə edilən “Canon” markalı fotoaparat oğurlanıb. Həmçinin avtomobilin maqnitafonu sındırılaraq yararsız hala salınıb.
N.Kəmərli əlavə edib ki, avtomobilə əlavə ziyan vurulmayıb. O, baş vermiş hadisənin narkomaniya ilə bağlı çəkdiyi videolarla əlaqədar olduğunu və onun fəaliyyətindən narahat olan qüvvələr tərəfindən törədildiyini bildirib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə barədə polisə məlumat daxil olub və araşdırma aparılır.
https://youtu.be/pVh8kdQFT_o
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sumqayıtda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Deputatın obyektində kütləvi zəhərlənmə: 10 nəfər xəstəxanalıq oldu - FOTO
Bakıda 19 yaşlı gənc özünü 16-cı mərtəbədən atıb
Bərdədə yalan məlumat verən şəxs saxlanılıb
Nazirlik qəribə tələbi ilə məəttəl qoydu: "40-ı çıxmamış uşağa..."
Hacıqabulda bədbəxt hadisə:bir ailənin 3 üzvü qəzaya düşdü