10.02.2022 - 12:53
Ölkə
15 baxış
Naftalanda "Davam" "Gənc Liderlər üçün Qış Universiteti" layihəsinə start verildi - FOTOLAR
Naftalan ŞİH və “Davam” Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 9-13 fevral tarixlərində Naftalan şəhərində “Gənc Liderlər üçün Qış Universiteti” layihəsinə start verilib.
“Qış Universiteti” üçün qısa müddət ərzində 1800-dən çox gənc iştirak hüququ qazanıb, iki hissəli seçim turunun yekununda 5 komanda olmaqla 70 nəfərlik iştirakçı qrupu formalaşdırılıb.
Şəhərimizin qonağı olan layihə iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abiəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhunu böyük ehtiramla yad ediblər. Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam edən açılış tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Arzu Məmmədov, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Millət Vəkili Naqif Həmzəyev, Təşkilat Komitəsinin nümayəndələri və gənc liderlər iştirak edib.
Natiqlər, qeyd ediblər ki, layihənin məqsədi gənc liderlər və ictimai fəalların kəşf edilməsi, onların intellektual inkişafına nail olmaq və dünyagörüşünün artırılmasıdır. Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan gəncliyi sosial-ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Dövlət gənclər siyasəti sahəsində islahatların həyata keçirilməsi, yeni tələblərə cavab verən təhlillərə əsaslanmış idarəetmə, bütün səviyyələrdə işin əlaqələndirilməsi və strateji planlaşdırma 2022-ci ildə daha da planlı şəkildə, yeni ideyalarla davam etdiriləcəkdir.
Tədbir mövcud pandemiya qaydalarına uyğun olaraq iştirakçıların testdən keçirilməsi ilə həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
14.09.2026 - 11:17
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
14.09.2026 - 10:56
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
14.09.2026 - 10:07
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
14.09.2026 - 10:00
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
14.09.2026 - 09:25
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
14.09.2026 - 08:50
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
13.09.2026 - 21:17
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə
13.09.2026 - 19:25







