Naftalanda dələduzluq edən şəxs saxlanılıb
Naftalanda dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Minval.info-ya verilən məlumata görə, Naftalan şəhər sakini Polis Şöbəsinə müraciət edərək, Nicat adlı şəxsin ona banklardan kredit götürməkdə kömək edəcəyinə vəd edərək ondan dələduzluq yolu ilə 455 manat pul alıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Nicat Hüseynli saxlanılaraq Naftalan şəhər Polis Şöbəsinə gətirilib.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi dələduzluğu etiraf edib.
“Nicat Hüseynlinin əməllərindən digər vətəndaşların da zərər çəkməsi istisna olunmur, odur ki, həmin şəxslər DİN-in “102″ Zəng Mərkəzinə, Naftalan şəhər Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər”, – Mətbuat Xidmətindən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO