04.08.2026 - 19:32
Ölkə 23 baxış

Nəriman həsənzadənin övladları: Biri keçmiş gömrükçü, digəri musiqişünas pedaqoq

Ötən həftə Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Xalq şairi Nəriman Həsənzadə 96 yaşında dünyasını dəyişdi.

Minval.info xəbər verir ki, Nəriman Həsənzadə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları ilə təltif olunmuşdu. O, 2001-ci ildə “Şöhrət”, 2011-ci ildə “Şərəf” və 2021-ci ildə “İstiqlal” ordenləri ilə mükafatlandırılmış, 2026-cı ildə isə “Heydər Əliyev” ordeninə layiq görülmüşdü.

1931-ci il fevralın 2-də Ağstafa rayonunun Poylu kəndində doğulan şair, Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almış, daha sonra Moskvanın Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. 1965-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasını bitirərək elmlər namizədi alimlik dərəcəsi almışdır.

Həsənzadə 1962-ci ildən etibarən “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1978–1991-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru olmuşdur. 1991–2001-ci illərdə Mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində fəaliyyət göstərmişdir. 2001-ci ildən ömrünün sonuna qədər Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik etmişdir.

2005-ci ildə ona Xalq şairi fəxri adı verilmişdir. Onun əsərləri müxtəlif dillərə tərcümə edilmiş və geniş oxucu kütləsi tərəfindən sevilmişdir.

Son günlərdə mərhum şairin övladları da ədəbi ictimaiyyətin diqqət mərkəzindədir. Nəriman Həsənzadənin iki övladı var: bir oğlu və bir qızı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: