“Mustafa Kamalın əsgərləriyik” yazılı köynəyi zorla əlindən alındı - FOTO
“Mustafa Kamalın əsgərləriyik” yazılı köynəyə görə içəri buraxılmadı…
CHP partiyasının qrup iclasında “Mustafa Kamalın əsgərləriyik” köynəyi ilə gələn partiya tərəfdarının köynəyi polis tərəfindən çıxarılıb. Hadisəni eşidən CHP millət vəkili Mahmud Tanal polis məntəqəsinə yaxınlaşaraq köynəyi geri alıb.
Minval.İnfo Türkiyə mediasına istinadən xəbər verir ki, iclasa CHP partiyasını izləmək üçün Mustafa Kamalın əsgərləriyik yazılı köynəyi ilə gələn Cəfər Darı adlı vətəndaş polis tərəfindən dayandırılıb.
Köynəyi əynindən çıxarıldıqdan sonra əyninə sadəcə gödəkçəsini keçirən Cəfər Darıya partiya üzvü Mahmud Tanal yardım edib və vətəndaşın köynəyini polislərdən geri alıb. Cəfər Darı isə keçirilən iclası izləmək üçün məclisə dəvət olunub.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Polisə göstərdikləri xidmətə görə təşəkkür edirəm" — Hadi Rəcəbli
Ərdoğan: “ABŞ-ın ədalət anlayışı budursa, o zaman dünya yandı”
Paşinyan: "Qarabağ məsələsi müharibə yolu ilə həll oluna bilməz"
Deputat Azərbaycan ordusuna çağırış etdi: “Paşinyanı snayperlə vurun!”
Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım
