Murad Arifdən Təhsil Nazirliyinə müraciət

“Fransada məktəblərdə qısnama (bullinq) cinayət sayılacaq. Qanun üç ilə qədər həbs cəzası və 45 min avroya qədər cərimə nəzərdə tutur. Qısnama qurbanı özünü öldürərsə, cəza 10 ilə qədər, cərimə isə 150 min avroya qədər artırıla bilər. Məktəbdəki mühitə cavabdeh direktor, sinif rəhbəri, məktəb psixoloqları və valideynləri məsuliyyətə cəlb etməyincə, sağlam mühit yaranmayacaq…”.
Minval.info xəbər verir ki, bu sözləri bəstəkar-müğənni Murad Arif sosial media hesabında yazıb. O, oxşar qaydaların tətbiq edilməsi üçün Təhsil Nazirliyinə müraciət edib:
“Hörmətli Azərbaycan Respublikası Təhsil Nazirliyi , bu istiqamətdə təkliflərinizi, tədbirlərinizi görmək istəyərdik. Çünki Azərbaycanda, Bakıda, lap elə özəl məktəblərdə müdirlərə “təzyiq” edə bilən, “krutoy” dədələrin tərbiyəsiz balaları haqda söhbətlər az deyil. Təkəmseyrək şəkildə fərdi uşaq psixoloqlarından belə özbaşınalıqlar haqqında maraqlana, sırf bullinq, qısnama, təkləmə, bezikdirmə, sataşma halları üçün “qaynar xətt” yarada bilərsiniz.
Gələcəyimiz “əzik” olmasın!”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi