Müjgan adlı tiktoker həbs edildi
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik davranışlar və yayımlar edən tiktoker həbs edilib.
Minval.info “Unikal”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Müjgan Əziz qızı Məmmədzadə Sabunçu Rayon 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi) maddəsi ilə ittiham irəli sürülüb və aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin yekun qərarı ilə Müjgan Məmmədzadə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Los-Ancelesdə helikopter qəzası: 3 ölü
ABŞ orbitə gizli kosmik silah yerləşdirdi
Çinə giriş-çıxış qaydaları sərtləşdi: Cərimələr artırıldı
Qəbələdə avtomobil qəzası: 65 yaşlı kişi öldü
Göygöldə "Chevrolet" aşdı: 3 yaralı xəstəxanada
Bakıda yanğın təhlükəsi: Sakinlər kömək istəyir!
Hindistanda 5G problemi: Texniki işçi girov götürüldü