Müğənni həmkarları Mətanəti 18+ videosuna görə müdafiə etdilər - VİDEO
Sosial şəbəkələrdə müğənni Mətanət Əsədovanın heç də xoş olmayan videosu yayılıb.
Minval.info xəbər verir ki, videoda M.Əsədova bir neçə üzü görünməyən kişi ilə bir masada əyləşərək spirtli içki içməsi əks olunub. Masa başında əyləşən şəxslər içkinin təsirindən yanlarında xanım olduğunu unudub, söyüşlər söyüblər.
Sosial şəbəkə istifadəçiləri xanım müğənninin əyləşdiyi masada söyüşlərin söyülməsini, Əsədovaya qarşı münasibəti pisləyiblər. Bəziləri isə müğənninin spirtli içki içməsini tənqid edib.
Müğənni Nadir Qafarzadə sözügedən videonu yayımlayaraq həmkarına bunları yazıb:
“Düşünürəm ki, kişi işi deyil insanı, əsasən də qadını gizlin çəkib paylaşmaq. Eşitdiyimə görə bunu edən polis işçisidir. Heç yaraşdırmadım. Belələri polis adına ləkədir. Bunu edən şəxs lazımi cəzasını almalıdır. Camaatın şəxsi işinə qarışmaq olmaz. Guya Azərbaycanda tək içən Mətanətdir? Bilmək olmaz o qədəhdəki araqdır, yoxsa limon qarışdırılmış su. Hamı süddən çıxmış ağ mayadır. Biz sənət adamları göz önündə olduğumuz üçün etdiyimiz hər hərəkət gözə çarpır. İnstaqramdakı, şəhərdəki tərbiyəsizləri görən yoxdur. Onları da Mətanət edir? Ey insanlar, bəsdirin, yetər”.
Prodüser Tarix Əliyev də (Tolik) Əsədovaya dəstək durub və “Mətanət sənətini bəyəndiyim sənətçidir. İçki içmək, kişi məclisində oturmaq onun şəxsi işidir. Amma Mətanət orada süfrə başında oturana “Ata, mən də burdayam” deyir. Ona bildirir ki, ay ağsaqqal söyüş söymə. Əgər kimsə Mətanəti çəkirsə və o, bunu görür, heç nə demirsə, demək hər şeyi gözünün qabağına gətirib. Bir də bəzi kişilər Mətanətlə eyni süfrədə oturmağı özünə şərəf bilirsə, deməli, Mətanət bəzi kişilərdən hörmətlidir. Siz Mətanətin sənətinə dəyər verin, şəxsi işini neyləyisiniz” sözlərini yazıb.
Əməkdar artist Ədalət Şükürov, Xatirə İslam və digər həmkarı da Mətanətin videosunu yayanları qınayıb.
https://www.youtube.com/watch?v=KC1OcAFKhsE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zəlzələdən sonra yollar bu vəziyyətə düşdü - Fotolar
Metro istifadəçilərinə XOŞ XƏBƏR
Vasif Talıbovla Əli Həsənovun ortaq "Dubay biznesi"
Bu fotosuna görə tənqid olunan model əsəbiləşdi: "Miss Planet 2019"a gedirəm
Rusiya sülhməramlıları Zəngəzurda yerləşdirildi
Lotu Qulinin qatili türk polisi tərəfindən həbs edildi