Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti qoşunların təmas xəttində yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb.
Müdafiə Nazirliyindən Minval.İnfo-ya verilən məlumata görə, cəbhənin bu istiqamətindəki əməliyyat şəraiti barədə ətraflı məruzələri dinləyən müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.
Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttində yerləşən bölmələrdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan müdafiə naziri qış mövsümünə zəruri hazırlıq işlərinin vaxtında və keyfiyyətlə icra edilməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Hərbi xidmətin və döyüş növbətçiliyinin təşkilini yoxlayan general-polkovnik Z.Həsənov xidmətdə fərqlənən bir qrup hərbçiyə Ali Baş Komandan adından qiymətli hədiyyələr təqdim edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu