Mübariz Mənsimov milyardlarını itirir: Gəmiləri əlindən alınır

Rusiyanın “Lukoil” şirkətinin törəmə şirkəti olan “Litasco” Mübariz Mənsimovun “Palmali Shipping” şirkətinə məxsus iki neft tankerini həbs edib.
Minval.İnfo Oxu.az-a istinadən xəbər verir ki, tankerlərdən birinə Danimarkanın “Aalbaek Bay” limanında bir neçə gün əvvəl həbs qoyulub.
Digər tanker isə Estoniya limanlarından birində saxlanılıb. Tankerlərin “Litasco”ya olan bunker ödəmələri borcuna görə həbs edildiyi bildirilir.
Danimarka limanında saxlanılan tanker Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını daşıyır. Estoniya limanında saxlanılan isə 2002-ci ildə inşa edilən “Bozdag” tankeridir.
“Litasco” şirkəti tankerlərə həbs qoyulmasını şərh etmir. Danimarka limanında saxlanılan tankerin ekipajı 12 nəfərdən ibarətdir və onlar Rusiya vətəndaşlarıdır.
Bu ilin əvvəllərində məlum olmuşdu ki, Mübariz Mənsimov “Litasco” şirkətinin əleyhinə London məhkəməsində iddia qaldırıb və 2 milyard dollar təzminat tələb edir.
Mənsimov bildirir ki, “Lukoil” “Palmali” şirkəti ilə neftin daşınmasına dair 10 illik müqavilə bağlayıb. Lakin daha sonra müqaviləni pozub və onun şirkətini milyardlarla dollar zərərə salıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyinin vəzifəli şəxsi işdən çıxarıldı
Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından imtina edir
Hikmət Hacıyev: Azərbaycanın da səbrinin həddi var
ANAMA Britaniya şirkəti ilə mina təmizləmə ilə bağlı memorandum imzalayıb
Lavrov əsir və girovlara dair Bakının mövqeyini dəstəklədi
ABŞ generalı: Rusiya nüvə gücünü yenilədi, gecikirik...