Mübariz İbrahimovu təhqir edən "psixoloq"un məhkəməsinin vaxtı bilindi

Bir neçə gündür Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn “psixoloq” Nərmin Şahmarzadə barəsində şikayət icraata verilib.
Minval.İnfo Open.az-a istinadən xəbər verir ki, Nərmin Şahmarzadə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə mühakimə olunacaq.
Artıq iddia Xətai rayon Məhkəməsinin icraatına götürülüb. İşə məhkəmənin hakimi İbrahim İbrahimli sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası dekabrın 25-ə təyin edilib.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu təhqir edən N. Şahmarzadə bir neçə şəxs tərəfindən məhkəməyə verilib.
Fövqaladə Hallar Nazirliyinin mayoru, 9 qat dünya, 3 qat avropa çempionu, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti, əməkdar və beynəlxalq dərəcəli idman ustası Araz Musayev də həmin şikayət edənlər arasındadır.
O, Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
Onun müraciəti əsasında iddia ərizəsi Xətai rayon Məhkəməsində icraata götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tələbəni universitetdən qovmaq çıxış yoludurmu? – AÇIQLAMA
VACİBUniversitetdən qovulan tələbə DANIŞDI: "Mənə təzyiq edirdilər"
VACİBRamiz Mehdiyev məhkəməyə getməmək üçün görün nə etdi
Cavid Qurbanovun əmisi oğlu HƏBS OLUNDU? - SƏBƏB
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi