Müəllimlərin vakansiya seçimi başladı: 8 yerə qədər seçim imkanı!
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi 5 avqust saat 11:00-dan etibarən başlayır. Bu mərhələdə iştirakçılar test imtahanında minimum keçid balını toplamış şəhid ailəsi üzvlərindən başlayaraq vakant yerləri seçə biləcəklər.
Minval.info xəbər verir ki, namizədlər elektron ərizə vasitəsilə maksimum 8 vakant yer seçə bilərlər. Seçimlər namizədlərin göstərdiyi ardıcıllıq əsasında həyata keçiriləcək. Vakant yer tutduqdan sonra imtina edənlər növbəti seçim mərhələlərində iştirak edə bilməyəcəklər.
Gələcək mərhələlərdə faktiki yaşayış yerinə uyğun həvəsləndirmə tədbirləri tətbiq edilən təhsil müəssisələri üzrə vakansiya seçimi, həmçinin ümumi vakansiya seçimi turu keçiriləcək. Bu mərhələlərin tarixləri barədə əlavə məlumat veriləcək. Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi 6 avqust saat 11:00-dək davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!