03.11.2026 - 13:04
Dünya
175 baxış
ABŞ-də 30 ildən sonra ilk dəfə: Nyu-Yorkda qızılca xəstəliyindən uşaq öldü
ABŞ-nin Nyu-York ştatında son 30 ildə ilk dəfə qızılca xəstəliyindən ölüm hadisəsi baş verib. Oxu.az-ın xəbərinə görə, bu barədə Nyu-York qubernatoru Keti Xokul öz “X” hesabında məlumat paylaşıb.
Qubernator bildirib ki, Lyuis dairəsində bir uşaq qızılca xəstəliyindən həyatını itirib. Onun sözlərinə görə, bu, ştatda 30 ildən sonra qızılca ilə əlaqədar qeydə alınan ilk ölüm halıdır və bu vəziyyət federal hökumətin xəstəliklərdən qorunma sahəsindəki siyasətinin nəticəsidir.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu il ölkədə 4 852 təsdiqlənmiş qızılca halının qeydə alındığını açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ NATO-dan Ukrayna üçün əlavə mali dəstək istəyəcək
03.11.2026 - 14:14
Ukrayna dron hücumları Rusiyanın aviasiyasına təsir edir
03.11.2026 - 13:24
Cənubi Koreya liderinin şəxsi məlumatları internetdə sızdırıldı
03.11.2026 - 10:54
Snap Inc. ABŞ-da sosial media ilə bağlı məhkəmə iddiasını həll etdi
03.11.2026 - 10:44
Nepalda iki helikopter toqquşdu: Ölən və yaralananlar var
03.11.2026 - 10:24
Avropada marketlərə siber hücumlar artıb
02.11.2026 - 17:54
Brexit sonrası yaranan travma Brüsseli narahat edir
02.11.2026 - 17:44