Müəllimənin vurduğu şagirdi anası da məktəbdə döyübmüş – VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia olunurdu.
Uşağın anası Xanım Əliyeva sosial şəbəkədə yaydığı açıqlamada Təhsil Nazirliyinin apardığı araşdırmalardan sonra müəllimi işdən çıxardığını bildirmişdi.
Minval.İnfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bu məsələ bu gün Zaur Baxşəliyevin aparıcılığını etdiyi “Bizimləsən” verilişində müzakirə olunub. Qonaqlar arasında şagirdin anası da olub.
Uşağı döydüyü iddia olunan Səyyarə adlı müəllimə canlı yayıma qoşularaq hadisənin danışıldığı kimi baş vermədiyini, valideyn Xanım Əliyevanın qalmaqallı biri olduğunu, onun uşaqların yanında söyüş söydüyünü bildirib.
Daha sonra verilişdə yayımlanan görüntülərdə aydın olub ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu an isə təhsil ocağının kameralarına yansıyıb.
Həmin videogörüntünü təqdim edirik:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məzhəb ayrı-seçkiliyi: Ağdaşda regional konfrans keçiriləcək
Fermerlərə yeni subsidiya imkanları təqdim edildi
Bakının əsas yollarında nəqliyyat sıxlığı artıb
Bakıda və rayonlarda elektrik fasilələri olacaq
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
Mançester Yunayted və Evertondan gərgin heç-heçə