MTK rəhbərindən “Space”in aparıcısına rüşvət təklifi: “Camaatın dərdi sənə qalıb?” - Video
“Space” Tv-nin “Olar? Olmaz!” verilişində maraqlı hadisə baş verib.
Minval.info xəbər verir ki, Amil Xəlil insanların şikayəti əsasında MTK rəhbərlərindən biri ilə görüşüb. Aparıcının xahişi və təkidi ilə rəhbər, şikayətçi sakinlərlə görüşə gəlməyə razı olub. Sakinlərlə görüşən MTK rəhbəri ilə şikayətçilər arasında ciddi münaqişə yaranıb.
Söz-söhbəti dinləyən rəhbər şəxs hadisə yerindən uzaqlaşıb. Daha sonra görüntülərdən də göründüyü kimi, aparıcı MTK-nın rəhbərlərindən biri olan Mehman adlı şəxslə görüşür. Bu zaman MTK rəhbəri teleaparıcıya rüşvət təklif edir. Aparıcı “Mən belə şeylərə getmirəm, qardaş” deyərək məkanı tərk edir.
Xatırladaq ki, bu verilişdə tez-tez sahibkarların rüşvət təklifinin əyani görüntüləri tamaşaçılara təqdim edilir. Verilişin sonunda bu görüntüləri şərh edən aparıcı rüşvət təklif edilən digər görüntüləri də yayımlayıb.
Qeyd edək ki, “Olar? Olmaz!” verilişi həftə içi hər gün saat 19:55 də Space Tv-də yayımlanır.
Minval.info
https://youtu.be/vP4__Sm_tKo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Heyvan xəstəliklərinə qarşı AQTA-dan ciddi tədbirlər
Lənkəranın turizm cazibəsi mediaya tanıdıldı
Azərbaycan universitetləri 120 ölkədən tələbə qəbul edir
Azərbaycan nefti 113 dolları keçdi!
Keyfiyyətsiz qida satışı ilə bağlı şikayətlər artıb
Bakının bəzi ərazilərində işıq fasiləsi olacaq
Rusiyanın yeni rüsumu: Azərbaycanda buğda bahalaşacaq?
