10.09.2026 - 14:46
Ölkə 21 baxış

Keyfiyyətsiz qida satışı ilə bağlı şikayətlər artıb

2026-cı ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) vətəndaşlar tərəfindən edilən müraciətlərdə qida təhlükəsizliyi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Agentliyin “1003 Çağrı Mərkəzi”nə ən çox keyfiyyətsiz və istehlak üçün yararsız qida məhsullarının satışı ilə bağlı şikayətlər daxil olub.

Minval.info xəbər verir ki, şikayətlər arasında qida sahəsində fəaliyyət göstərən obyektlərdə antisanitar vəziyyət, son istifadə tarixi bitmiş məhsulların satışı, baytarlıq nəzarəti obyektlərinin fəaliyyəti və qida məhsullarının etiket məlumatlarının tələblərə və faktiki göstəricilərə uyğun olmaması da yer alıb. Bundan əlavə, qida məhsullarından zəhərlənmə halları ilə bağlı müraciətlər də qeydə alınıb.

AQTA-dan bildirilib ki, qeyd olunan bütün hallarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Vətəndaşlar qida təhlükəsizliyi ilə bağlı hər hansı uyğunsuzluqla qarşılaşdıqda “1003 Çağrı Mərkəzi”nə məlumat verə bilərlər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: