Azərbaycan universitetləri 120 ölkədən tələbə qəbul edir
Azərbaycanın ali təhsil müəssisələri 2025-2026-cı tədris ilində dünyanın 120-yə yaxın ölkəsindən gələn əcnəbi tələbələrə ev sahibliyi edib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Minval.info xəbər verir ki, Azərbaycanı təhsil üçün seçən tələbələrin coğrafiyası genişdir. Asiya və Afrika ölkələri ilə yanaşı, Türkiyə, Çin, Hindistan, Nigeriya, Pakistan, Somali, Uqanda və Ruanda kimi ölkələrdən, həmçinin Böyük Britaniya, Almaniya, Niderland, Bolqarıstan, Latviya və Litva kimi Avropa ölkələrindən, eləcə də ABŞ, Kanada, Meksika və Kolumbiyadan olan gənclər Azərbaycan universitetlərində təhsil alıblar.
Cari tədris ili üçün də dünyanın müxtəlif regionlarından olan tələbələr Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunmağa davam edir və ölkəyə gəlirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
Metronun bu stansiyası yenidən açılır
Milli Qəhrəman Ehtiram Əliyev xəstəxanaya yerləşdirildi
"Həzi Aslanov" metrostansiyasında dalanın yenidən qurulması yekunlaşıb
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq