Mobil operatorların lisenziyalarının müddəti uzadılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb.
Nazirlikdən Minval.info-ya verilən məlumata görə, bu müqavilələrə sellülar (mobil) rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir.
Mobil rabitə operatorlarına müvafiq lisenziyaların verilməsi onların öz abunəçilərinə yeni nəsil texnologiyalarından və texnoloji standartlardan istifadə etməklə daha səmərəli, keyfiyyətli və peşəkar xidmət göstərməsinə imkan yaradacaq.
Bununla yanaşı, lisenziya müqavilələrinin bağlanması ölkəmizdə dayanıqlı və təhlükəsiz rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.
Məlumat üçün bildirək ki, 1996-cı ildən mobil rabitə operatorları fəaliyyətlərini müvafiq lisenziyalar əsasında həyata keçirir. Belə ki, “Azercell” MMC və “Bakcell” MMC 1996-cı ildə, “Azerfon” MMC isə 2005-ci ildə bazara daxil olaraq sellülar (GSM mobil) rabitə xidmətləri üzrə lisenziyaya uyğun olaraq telekommunikasiya xidmətləri göstərmişlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ"Facebook" və "Instagram"ın işində qlobal nasazlıq yaranıb
Smartfonda tünd rejimdən niyə imtina etmək tövsiyə olunur?
Elektrikli və hibrid avtomobillər nə qədər bahalaşıb?
Uçan, elektrikli taksilər bu tarixdən istifadəyə veriləcək
“Facebook” və “Instagram” ödənişli ola bilər - “Meta” AÇIQLADI
Selçuk Bayraktar:"Bakıda yenidən "TEXNOFEST" keçirməyə hazırıq"
Məşhur xəbər agentliyi süni intellektlə işləyəcək