Azərbaycan I Divizionunda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq olunub
AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klublara qeyri-adi cəzalar tətbiq edilib.
“Minval.info”nun məlumatına görə, cəzalar XV turun qarşılaşmalarında baş verənlərlə əlaqədar olub.
“Turan Tovuz”la ev oyununda xərək daşıyan uşaqlar olmadığına görə MOİK-ə, “Ağsu” ilə səfər matçında protokolu vaxtında təqdim etmədiyi üçün “Şüvəlan”a, “Səbail-2” ilə səfər qarşılaşmasından öncə iclasa 7 dəqiqə gecikməsi səbəbindən “Sumqayıt-2″yə, “Kəpəz”lə ev qarşılaşmasında isə top daşıyan uşaqların qapı arxasında toplarla artıq rəftar etmələri əsas gətirilərək, “Neftçi-2″yə 80 manat cərimə kəsilib.
Qeyd edək ki, daha əvvəl “Qəbələ” klubu hakimlər otağında lazımi inventarların olmaması səbəbindən 1600 manat cərimələnib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?